AZ

Nömrəsiz avtomobil idarə edən sürücü müayinədən keçdi, həbs olundu

BAKI, 30 aprel. TELEQRAF

Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində dövlət qeydiyyat nişansız idarə olunan “VAZ” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

İdarədən Teleqraf-a verilən məlumata görə, sürücü Mirağa Miriyevin sənədləri yoxlanılarkən hərəkətləri şübhə doğurub və o, tibbi müayinədən keçməyə dəvət olunub.

Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunduğu üçün M.Miriyev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Seçilən
0
14
teleqraf.com

10Mənbələr