AZ

Qobuda 21 yaşlı qızın asılmış meyiti tapıldı

Abşeron rayonu Qobu qəsəbəsində 21 yaşlı qızın həyətdə asılmış vəziyyətdə meyiti tapılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə aprelin 29-də, saat 7 radələrində baş verib.

Ailə üzvləri 2004-cü il təvəllüdlü Aynur Nərimanovanın yaşadığı evin həyətində asılmış meyitini aşkar ediblər.

Onun özünü asaraq intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Seçilən
1
1
sherg.az

2Mənbələr