AZ

Sülh planı alınmazsa, Tramp Ukraynaya yardım edəcək?

Sülh razılaşması uğursuz olarsa, Tramp Ukraynaya kömək etmək barədə suala cavab verməyib...

Poliqon xəbər verir ki, ABŞ lideri bu sualdan ABC News telekanalına müsahibəsində yayınıb.

ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında hərbi münaqişəni “uyğunsuz” adlandırıb və bir daha bəyan edib ki, 2020-ci ildə yenidən prezident seçilsəydi, hərbi əməliyyatlardan qaçmaq olardı. Tramp MoskvaKiyevin sülh razılaşmasına nail ola bilməyəcəyi təqdirdə ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırıb- dayandırmayacağı ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

“Mən bunu sizə demək istəmirəm... Mən bunu böyük sirr olaraq saxlamaq istəyirəm, çünki danışıqları pozmaq istəmirəm”, deyə ABŞ lideri suala cavab olaraq bildirib.

Poliqon.info

Seçilən
3
poliqon.info

1Mənbələr