Gürcüstanın paytaxtı Tbilisidə Vağzal bazarının ərazisində güclü yanğın qeydə alınıb.
Publika.az “Report”a istinadən xəbər verir ki, Gürcüstan FHİOX-in yerli mətbuata verdiyi məlumata görə, yanğın “Borjomi Vağzalı” adlanan ərazidə baş verib.
Bu ərazidə əsasən geyim, meyvə-tərəvəz və müxtəlif anbar obyektləri yerləşir.
Hadisə yerinə dərhal Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşları cəlb olunub. Xilasedici briqadalar hazırda alovun söndürülməsi və ərazinin təhlükəsizliyinin təmin olunması istiqamətində işlər aparır.