Bakı vaxtı ilə saat 07:04-də Brent fyuçersləri enişini sürətləndirərək bir barel üçün 62,82 dollara satılıb.
Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin iyul ayı üçün fyuçerslərinin qiyməti 11 aprel 2025-ci ildən bəri ilk dəfə olaraq 63 dollardan aşağı düşüb.
Operativ Media xəbər verir ki, Bakı vaxtı ilə saat 06:36-a olan birjaya əsasən, Brent markalı neftin qiyməti 1,69% ucuzlaşaraq 62,97 dollara bərabər olub.
Bakı vaxtı ilə saat 07:04-də Brent fyuçersləri enişini sürətləndirərək bir barel üçün 62,82 dollara (-1,92%), WTI-nin 2025-ci ilin iyun çatdırılması üzrə fyuçersləri isə 2,81% azalaraq bir barel üçün 59,93 dollara düşüb.