Bakı. Trend:
İspaniya iqtisadiyyatı ötən gün yaşanan irimiqyaslı elektrikenerjisi kəsintisi səbəbindən 1 milyard avroya qədər itki iləüzləşə bilər.
Trend xəbər verirki, bu barədə ölkənin “The Objective” nəşri öz qiymətləndirməsinitəqdim edib.
Qəzetin məlumatına görə, itkilərin əsas hissəsi sənaye və xidmətsahələrinin fəaliyyətindəki dayanma ilə bağlıdır. İspaniyanıngündəlik ümumi daxili məhsulu 4 milyard avrodan çoxdur, bununtəxminən 575 milyon avrosu sənaye, 500 milyon avrosu isə xidmətsektorunun payına düşür.
Qeyd edək ki, elektrik enerjisinin kəsilməsi aprelin 28-də başverib. Hadisə İspaniya ilə yanaşı Portuqaliya, Fransa və Andorranınbəzi bölgələrini də əhatə edib, milyonlarla insan işıqsız qalıb.İspaniyanın enerji operatoru Red Electrica-nın verdiyi məlumataəsasən, təchizat artıq 99,16 faiz səviyyəsində bərpa olunub.
Portuqaliya və İspaniyada baş verən elektrik böhranı yerlivaxtla saat 12:20 radələrində başlayıb və çərşənbə axşamı səhərəqədər demək olar ki, tamamilə aradan qaldırılıb.