Aprelin 29-30-da Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq muxtar respublikanın bütün rayonlarında, eləcə də Naxçıvan şəhərində fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13,9-20,7 m/san təşkil edəcək.
Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka risklər gözlənilir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta