BAKI, 29 aprel. TELEQRAF
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveytə rəsmi səfərə yola düşüb.
Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.
Səfər çərçivəsində nazir aprelin 30-da Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşəcək, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək.
Həmçinin Ceyhun Bayramovun həmsədrlik etdiyi Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının keçirilməsi nəzərdə tutulub.