Sakinlər Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrindən keçən 141 E nömrəli marşrut xəttində avtobusların az oduğunu deyirlər. Onlar bildirirlər ki, günün pik saatlarında bəzən avtobuslar yarım saat, hətta 40 dəqiqədən bir gəlir.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, sözügedən 4 qəsəbədən keçərək birbaşa “Koroğlu” metrostansiyasına gedən yalnız 141 E marşrut xətti var. Avtobus olduğu üçün sakinlər taksidən istifadə etməli olurlar.
141 E nömrəli marşrut avtobusunun sürücüsü isə bildirib ki, interval cəmi 10 dəqiqədir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi və avtobus sayının sənişin tələbtına uyğun tənzimlənməsi barədə tapşırıq verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: