AZ

Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır

“Ticarət, investisiya və nəqliyyat imkanları sahəsindəki böyük potensial bizi iddialı hədəflər qoymağa təşviq edir".

“İtaliya ilə yeni ticarət hədəfimizi 40 milyard dollar həcmində təyin etdik”.

Operativ Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə-İtaliya İş Forumunda çıxışı zamanı ölkəsinin İtaliya ilə ticarət hədəfini 40 milyard dollar olaraq təyin etdiklərini açıqlayıb.

Ərdoğan bildirib ki, iki ölkə arasında ticarət, investisiya və nəqliyyat sahələrində böyük potensial mövcuddur və bu, iddialı hədəflər qoymağa təşviq edib.

Prezident əlavə edib ki, bu uğurun əldə olunmasında Türk iş adamlarının təşəbbüsləri də mühüm rol oynayıb.

“Qarşıdakı dövrdə bu tərəfdaşlığı daha da yüksək səviyyələrə qaldıracağınıza ürəkdən inanıram,” – deyə Ərdoğan vurğulayıb.

Seçilən
0
5
operativmedia.az

5Mənbələr