AZ

Ermənilər fransız generalı Henri Joseph Étienne Gouraudu alqış və bayraqlarla qarşılayırlar-MERSİN ŞƏHƏRİNDƏ

Ermənilər fransız generalı Henri Joseph Étienne Gouraudu alqış və bayraqlarla qarşılayırlar. Əllərində tutuduqları plakatda yazırlar:
“Ermənilər sizləri salamlayır”
Fransa Osmanlı imperiyasında ermənilərdən məharətlə istifadə edirdilər. Onlar burda yaşayan ermənilərə dövlət də vəd etmiş idilər.
Fransızlar bilirdilər ki, Britaniyanın Llyod Corc və Osmanlı paşası Ənvər paşa arasında müqavilə olub 1918-ci ilin əvvələrində. Həmin müqavilə hazırda Londonda (“Lordlar Evi Sənəd Bürosu – Beaverbrook Kolleksiyası – Lloyd George Araşdırmaları F-6-1- Sənədləri I-16 (b)”) saxlanılır və orda yazılır:
“Müqaviləyə görə, Ərəbistan müstəqil olacaq. Ermənistan və Suriya Osmanlı İmperiyası daxilində muxtar bir status qazanacaq: Mesopotamiya və Fələstin Misir kimi müharibədən əvvəl Osmanlı hakimiyyəti altına girəcək, ancaq ingilislərin himayəsində olacaq: Çanaqqaladan keçmək azadlığı təmin ediləcək”.
Bu müqaviləyə görə, Qafqazda yaranacaq iki dövlət – Azərbaycan və Gürcüstan müstəqil olacaqdı. Həmin iki dövlət də Britaniyanın nəzarəti altında qalacaq idi.
Buna görə də Fransa ermənilərə siyasi və hərbi dəstək verirdi.
Batum konfransına qədər bu razılaşma qüvvədə idi, lakin Britaniya kəşfiyyatı Ənvər paşanın Adriatik dənizindən Hindistana qədər Osmanlı İmperiyası qurması barədə gizli məqsədlərini açıqlayandan sonra (David Thomson, England in The Twentieth Century (1914-1963), S.48) işlər elə konfransda da dəyişdi. Gündəmə Ermənistan dövlətinin yaranması fikri daxil oldu.
image-494427129_10160590655192691_6212820120907941511_n
                                                 1919-cu il Türkiyə Mersin şəhəri
Məhz ermənilərin muxtar dövlət olmaq istəklərinə qarşı çıxışları və fransızların dəstəyi Osmanlıları Batumda qəzəbləndirdi və nəticədə mərkəzi Gümrü olmağı planlaşdırılan Erməni Muxtar Respublikası ideyası ləğv edildi və Osmanlı nümayəndələri Gümrü şəhərinin ermənilərə paytaxt kimi verilməsinə etiraz edib, müstəqilik uğrunda mübarizə aparan Azərbaycan Cümhuriyyətinə məxsus İrəvan şəhərinin verilməsi üçün Batum konfransında iştirak edən M.Ə. Rəsulzadəyə təzyiq etməyə başladılar.
Bu hadisə ilə bağlı Çikaqo Universitetinin siyasi elmlər kafedrasının professoru Ronald Qriqor yazır:
“İrəvan Batum konfransına qədər müsəlman şəhəri idi”
Osmanlı beləliklə canını ermənilərdən xilas elədi və fransızlar da istədiklərinə çatdılar. Azərbaycan torpaqlarında erməni dövləti yarandı.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent -Zaur Əliyev

Seçilən
0
23
veteninfo.az

10Mənbələr