AZ

10 nömrəli avtobusun hərəkət sxemi dəyişir

BAKI, 29 aprel. TELEQRAF

10 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.

Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsində (Mərkəzi Bulvar küçəsindən Babək prospekti istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.

Seçilən
0
49
teleqraf.com

1Mənbələr