AZ

Valyuta.az Mətbuat Şurasına üzv seçildi

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

Valyuta.az xəbər verir ki, toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda müzakirəsi aparılmış məsələlərdə biri də Mətbuat Şurasına yeni üzvlərin qəbulu olunması olub. R.Məcid məlumat verib ki, Şuraya üzv olmaq niyyətini bildirən çoxsaylı media orqanları var və onların seçimində digər prinsiplərlə yanaşı, Media Reyestrində qeydiyyata alınma da başlıca şərt kimi götürülür.

Müzakirələrdən sonra “Bakivaxtı.az”, “Valyuta.az”, “Fanat.az”, “Dogru.az” saytları və “Füyuzat” dərgisi Mətbuat Şurasının üzvlüyünə qəbul ediliblər. Bildirilib ki, İdarə Heyətinin növbəti iclaslarında namizəd media qurumlarının da üzvlük müraciətlərinə baxılacaq.

Seçilən
0
2
valyuta.az

3Mənbələr