AZ

Neft qiymətlərinin enişi davam edir

Çərşənbə axşamı günortadan sonra neft qiymətləri enişini sürətləndirib.

Yenisabah.az xəbər verir ki, bazar iştirakçıları ABŞ və Çin arasında davam edən ticarət müharibəsi fonunda neftə tələbatın azalmasından narahat oldular.

Londonun "ICE Futures" birjasında Brent markalı iyun fyuçersləri 1,25 dollar (1,9%) ucuzlaşaraq 64,61 dollar/barelə bərabər olub. Bu vaxta qədər WTI markalı neftin iyun fyuçersləri "NYMEX" birjasında 1,05 dollar (1,69%) ucuzlaşaraq bir barelə görə 61 dollar olub.

 


Telegram kanalımız
Seçilən
1
yenisabah.az

1Mənbələr