AZ

Ərdoğan İtaliyada: Meloni ilə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü Türkiyə-İtaliya Hökumətlərarası Zirvə Toplantısında iştirak etmək üçün Romaya bir günlük səfər edir.

News24.az xəbər verir ki, Ərdoğanı Fiumicino Leonardo da Vinci Beynəlxalq Hava Limanında Türkiyənin Romadakı səfiri Elif Çomoğlu Ülgen və onu müşayiət edən səfirlik heyəti qarşılayıb.

Sammit çərçivəsində Türkiyə ilə İtaliya arasında əməkdaşlığı daha da gücləndirəcək addımların müzakirə ediləcəyi, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.

Sammit zamanı həmçinin iki ölkə arasında əlaqələrin müqavilə bazasının möhkəmləndirilməsinə yönəlmiş müxtəlif sazişlərin imzalanması və işgüzar dairələrin iştirakı ilə biznes forumun təşkili nəzərdə tutulur.

Qeyd edək ki, Ərdoğan ilk görüşünü Romada İtaliyanın baş naziri Giorgia Meloni ilə keçirir.

Görüşdən sonra iki liderin iştirakı ilə nümayəndə heyətləri arası görüşün keçirilməsi gözlənilir.

Günel Məlikzadə

Seçilən
2
news24.az

1Mənbələr