AZ

Rusiya Ukraynanın Xarkov vilayətində daha bir yaşayış məntəqəsini ələ keçirib

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətində növbəti yaşayış məntəqəsini ələ keçirib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu Xarkov vilayətinin Doroşovka yaşayış məntəqəsini nəzarətə götürüb.

Qeyd edək ki, aprelin 28-də Rusiya MN ""Qərb" qoşun qruplaşmasının bölmələrinin aktiv fəaliyyəti nəticəsində Xarkov vilayətinin Kamenka yaşayış məntəqəsini nəzarətə götürüldüyünü açıqlamışdı.

Seçilən
0
4
apa.az

6Mənbələr