AZ

Fransa və MAQATE İrana xəbərdarlıq etdi

BAKI, 29 aprel. TELEQRAF

İran-ABŞ danışıqlarında Avropanın təhlükəsizlik maraqları təmin olunmasa, üç Avropa ölkəsi “tətik mexanizmini” işə salacaq və BMT-nin İrana qarşı sanksiyalarını bərpa edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan Noel Baron Baron Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə birgə konfransda məlumat verib.

Avropanın İranın heç vaxt nüvə silahı əldə etməməsini istədiyini deyən nazir, İrana qarşı sanksiyaların bərpası ilə bağlı yaya qədər qərar veriləcəyini vurğulayıb: "İran nüvə silahı əldə etmək ardıncadır və uranın zənginləşdirilməsi ilə bağlı bütün öhdəliklərindən qırağa çıxıb

Rafael Qrossi də müharibənin qarşısını almaq üçün vaxtın məhdud olduğu barədə xəbərdarlıq edib:
"Artıq bir neçə il və ya bir neçə aydan söhbət getmir, bu bəlkə də cəmi bir neçə həftə ərzində baş verə bilər".

O vurğulayıb ki, İranla ABŞ arasında istənilən razılaşma MAQATE tərəfindən təsdiqlənməlidir:
“Əks halda bu, etibarsız sənəd olacaq”.

Seçilən
3
teleqraf.com

1Mənbələr