AZ

Böyük Britaniyan müdafiə işçilərini Çinin casusluq təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Böyük Britaniyanın müdafiə firmaları sənaye casusluğunun qurbanı olmaq qorxusu fonunda işçilərinə yeni məhdudiyyətlər tətbiq edir. Bəzi hallarda təhlükəsizlik qaydalarına Çin istehsalı olan avtomobillərdə smartfonların USB portlarına qoşulmasına qadağa daxildir.

Herbiand.az bildirir ki, bu barədə The Times qəzeti yazıb.

Britaniya silah istehsalçıları ehtiyat edirlər ki, Çin texnologiyası vasitəsilə smartfonlara zərərli proqram quraşdırıla bilər. Çin avtomobil sənayesinin məhsulları son vaxtlar Çindən ucuz elektrik avtomobillərinə artan tələbat səbəbindən xüsusi diqqəti cəlb edib.

“Təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə artırılıb. Şübhə yoxdur ki, Çin kəşfiyyatı çox fəaldır”, - Britaniya müdafiə sənayesinin mənbəsi nəşrə bildirib.

Məlumata görə, bəzi şirkətlər işçilərə Çin avtomobillərini korporativ dayanacaqlarda saxlamağı, orada olarkən iş məsələlərini müzakirə etməyi, USB kabellər və Bluetooth vasitəsilə smartfonlarını onlara qoşmağı qadağan edir.

Britaniya şirkətləri ilə yanaşı, Amerikanın “Lockheed Martin” konserni və Fransanın “Thales” şirkəti də Böyük Britaniyadakı müəssisələrində təhlükəsizlik qaydalarını sərtləşdirib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
2
23
herbiand.az

10Mənbələr