"Real" qapıçısı Tibo Kurtua ilə müqavilənin müddətini uzadacaq.
QOL.az "Relevo"ya istinadən xəbər verir ki, belçikalı qolkiperin yeni sözləşməsi 2028-ci ilin yayına qədər olacaq.
Tərəflərin yaxın günlərdə müqavilə imzalayacağı bildirilib. Onun hazırkı sözləşməsi isə 2026-cı ilin iyununa qədərdir.
Qeyd edək ki, 32 yaşlı qapıçı 2018-ci ildən "Real"da çıxış edir. O, bu mövsümdə bütün turnirlərdə 43 oyun keçirib, 48 qol buraxıb, 14 matçda isə qapını toxunulmaz saxlayıb.