AZ

Husilər ABŞ-ın 60 milyonluq qırıcısını dənizdə batırdılar

Bazar ertəsi, aprelin 28-də F/A-18 Super Hornet döyüş təyyarəsi USS Harry S. Truman təyyarədaşıyan gəmisisinin husilərin hücumundan yayınmaq üçün kəskin manevri zamanı dənizə düşüb.

CNN ABŞ Hərbi Dəniz Qüvvələrinə istinadən xəbər verir ki, təyyarə batıb.

Husilər Qırmızı dənizdə ABŞ-ın təyyarə gəmisinə pilotsuz təyyarələr və raketlərlə hücum etdiklərini iddia ediblər. Bu, ABŞ-ın qruplaşmaya qarşı genişmiqyaslı əməliyyatı fonunda baş verib. Belə bir qırıcının qiyməti 60 milyon dolları ötür.

//Samir Qurbanov, Editor.az

Seçilən
3
editor.az

1Mənbələr