AZ

"Məhkəmə Çağrı Mərkəzi"nin funksiyaları artırılıb

Azərbaycanda ədalət mühakiməsinə əlçatanlığın artırılması, vətəndaş müraciətlərinin operativ cavablandırılması məqsədilə "887 - Məhkəmə Çağrı Mərkəzi"nin funksiyaları genişləndirilib.

Məlumat üçün bildiririk ki, "Elektron məhkəmə" informasiya sistemi ilə bağlı daxil olan sorğular əsasən "Elektron kabinet"in fəaliyyəti, həmçinin ərizə və sənədlərin statusu barədə məlumat verilməsi, ərizələrin hazırlanması, təqdim olunması və digər məsələlərdən ibarət olur.

Qeyd edək ki, “887 – Məhkəmə Çağrı Mərkəzi” bazar ertəsi - cümə günü, saat 09:00-dan 18:00-dək canlı rejimdə fəaliyyət göstərir. Azərbaycan Respublikasının istənilən regionundan stasionar telefonlarla “(012) 887” nömrəsinə, bütün mobil operatorlardan isə birbaşa “887” qısa nömrəsinə zəng etməklə, səsli menyuda təqdim olunan əlaqə kodları vasitəsilə müvafiq məhkəmə ilə birbaşa əlaqə qurmaq mümkündür. Məhkəmələrin əlaqə kodlarını həmçinin Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsi – www.jlc.gov.az -dan əldə etmək mümkündür.

"Cebheinfo.az" 

Seçilən
0
13
cebheinfo.az

10Mənbələr