AZ

Bankın 461 min manatını mənimsəməkdə ittiham olunan şəxslərə hökm oxunub

Bakı. Trend:

“Premium Bank”dan külli miqdarda mənimsəmə etməkdətəqsirləndirilən sabiq filial müdiri Nəzakət Məmmədxanova və həminfilialın baş xəzinadarı Samirə Əliyevanın cinayət işi üzrə məhkəməprosesi yekunlaşıb.

Trendxəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilənprosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Nəzakət Məmmədxanova 7 ilmüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Digər təqsirləndirilən Samirə Əliyeva 2 il sınaq müddəti olmaqlaşərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Nəzakət Məmmədxanova məhkəmə zalında həbs edilb.
O, cəzasını ümumirejmli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, dövlət ittihamçısı Nəzakət Məmmədxanovanın 9 il,Samirə Əliyevanın 7 il müddətinə azadlıqdan məhrum edilməsiniistəmişdi.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı MübarizəBaş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, “PremiumBank” ASC-də filial müdiri işləyən Məmmədxanova Nəzakət Şərəf qızıötən ilin may ayının 8-dən 23-ü tarixinə kimi işlədiyi 5 saylıfilialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadəedərək mənimsəyib. İttihama görə, ona bu işdə həmin filialın başxəzinədarı işləyən Əliyeva Samirə Novruz qızı kömək edib. O, 32mədaxil qəbzi əsasında 461 min 170 manat pulu bankda olan NəzakətMəmmədxanovaya məxsus hesab nömrəsindən “M10” proqram təminatındaistifadəsində olan mobil nömrə vasitəsilə ayrı-ayrı şəxslərdənkriptovalyuta alaraq internet üzərindən kritovalyutaalqı-satqısının həyata keçirildiyi “Binance.com” internet saytındaonun hesabına yerləşdirib. Onlar barəsində Cinayət Məcəlləsinin179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə),308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrəsəbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri iləittiham irəli sürülüb. Cinayət işində “Premium Bank” zərərçəkmişqismində tanınır.

Məqalədə:
Seçilən
0
14
az.trend.az

10Mənbələr