AZ

"Barselona" - "İnter" oyunu təxirə salınır?

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Barselona" - "İnter" matçı İspaniyada elektrik enerjisinin kəsilməsi səbəbindən təxirə salına bilər.

Publika.az xəbər verir ki, bu barədə "El Desmarque" məlumat yayıb.

Bildirilir ki, Milan klubu bu gün günortadan sonra Barselonaya çatmaq niyyətindədir. Lakin hava hərəkətinin dayandırılması səbəbindən onların səfəri risk altında ola bilər.

"Barselona" - "İnter" matçı aprelin 30-da Bakı vaxtı ilə saat 23:00-da keçirilməlidir.

Seçilən
2
publika.az

1Mənbələr