Bakı. Trend:
Dünyanın ən böyük, aparıcı və nəhəng siyasi-iqtisadiqütblərindən biri olan Çin Xalq Respublikası ilə münasibətlərqarşılıqlı hörmət və etimad prinsipləri əsasında inkişaf edir. İkiölkə arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur.Prezident İlham Əliyevin 22–24 apreldə Çin Xalq Respublikasınarəsmi səfəri Azərbaycan və Çin arasında strateji tərəfdaşlığınmöhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın yenimərhələyə qədəm qoyması baxımından əhəmiyyətli bir addım oldu.Həmçinin, dövlət başçısının Çinin CGTN telekanalına müsahibəsiAzərbaycanın xarici siyasətində və beynəlxalq münasibətlərində yenibir mərhələnin başlanğıcı oldu. Bu səfər və müsahibə iki ölkəarasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı üçünmühüm təkan verə bilər.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılovabildirib.
S. Mikayılova qeyd edib ki, səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan Birgə Bəyanat və irəli sürüləntəşəbbüslər Azərbaycan-Çin münasibətlərinin artıq yeni mərhələyəqədəm qoyduğunu təsdiqləyib. Bu səfər, Azərbaycanın beynəlxalqarenada mövqeyinin gücləndirilməsi və regional əməkdaşlığın inkişafetdirilməsində mühüm rol oynayacaq və iki ölkə arasında mövcud olanstrateji tərəfdaşlığın dərinləşdirilməsi məqsədi daşıyır.
“Azərbaycan və Çin BMT-də bir-birinin ərazi bütövlüyünüdəstəkləməklə yanaşı, beynəlxalq hüquqa və suverenliyə əsaslananmövqeləri ilə tanınırlar. Çinin Azərbaycanın ərazi bütövlüyünüdəstəkləməsi və Azərbaycanın da eyni şəkildə Çin hökumətinin daxiliməsələlərində, xüsusilə Tayvan və Tibet məsələlərində Pekininmövqeyini dəstəkləməsi ölkələrimiz arasında sıx siyasi əlaqələrinolduğunu bir daha göstərir. Prezident İlham Əliyev də Çintelekanalına müsahibəsində “Vahid Çin” siyasənitini qətiyyətlədəstəklədiyini vurğulayaraq bəyan edib: “Biz “Vahid Çin” siyasətiniqətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləriictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasındaolmuşuq. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararasıəlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatəedir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə,həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkəilə Bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühümnailiyyətdir. Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində birçox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə StratejiTərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanatonların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusivacibliyi bir daha göz qarşısındadır”. Prezident ƏliyevinAzərbaycan tərəfindən Çin Xalq Respublikasının “Vahid Çin”siyasətinin qətiyyətlə dəstəkləndiyini vurğulaması, AzərbaycanınÇinlə olan diplomatik münasibətlərdəki mövqeyini bir daha bəyanetməsi deməkdir. Azərbaycanın bu siyasəti dəstəkləməsi, onun Çinləolan strateji tərəfdaşlığının dərinliyini və hər iki ölkəninbir-birinin daxili məsələlərinə hörmətlə yanaşmasının vacibliyinigöstərir. Bu yanaşma Azərbaycanın müstəqil və hərtərəfli xaricisiyasətini gücləndirir və ölkəmizin beynəlxalq aləmdəki nüfuzunuartırır. Çin tərəfi də öz növbəsində Azərbaycanın təklif etdiyisülh gündəliyini dəstəkləyərək, geosiyasi intriqaların qarşısınıalmağa çağırıb. ŞƏT çərçivəsində isə Çin üzv, Azərbaycan isə dialoqtərəfdaşı kimi iştirak edir və bu müstəvidə qarşılıqlı siyasidəstək və təhlükəsizlik məsələlərində əməkdaşlıq artır. Azərbaycanbu təşkilatda iqtisadi layihələrdə və enerji təhlükəsizliyisahəsində əməkdaşlığa xüsusi önəm verir. Burada xüsusilə AsiyadaQarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM)haqda danışmaq önəmlidir. Azərbaycan bu platformanın üzvüdür və sonillərdə təşkilatda fəal mövqedə çıxış edir, hətta 2024-cü ildəAQEM-ə sədrlik etməyə başlayıb. Bu, Azərbaycanın Asiyada sülh,etimad və əməkdaşlıq təşəbbüslərində önəmli rol oynadığınıtəsdiqləyir. Çinin isə bu platformada güclü dəstəyi, Azərbaycanıntəşəbbüslərinə müsbət yanaşması və regional təhlükəsizlikdəəməkdaşlıq istəyi, ölkələrimizin strateji diplomatik tərəfdaşlığındaha da möhkəmləndiyini göstərir ”, - deyə S. Mikayılova əlavəedib.
Deputatın sözlərinə görə, görüşlərin birində Çin XalqRespublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevi "yaxındost" adlandırması, yalnız dövlətlər arasındakı rəsmi əlaqələrideyil, həm də liderlər arasında qurulmuş şəxsi etimadı və dostluğunümayiş etdirir:
“Bu ifadə iki ölkənin əlaqələrinin yüksək səviyyəsini vəliderlər arasında qurulmuş etimadın nəticəsidir. Bu, yalnızdövlətlərarası münasibətlərin gücləndirilməsini deyil, eyni zamandaliderlərin şəxsi əlaqələrinin dərinliyini də göstərir.Azərbaycan-Çin dostluğun, qarşılıqlı faydalı əməkdaşlığın vəstrateji tərəfdaşlığın inkişafına xidmət edir və gələcəkdəmünasibətlərin daha da möhkəmlənməsinə şərait yaradır. Prezidentİlham Əliyev də Çin telekanalına müsahibəsində bildirmişdi ki,bizim çox mehriban münasibətlərimiz var: “Görüşlərin birində o,məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimiqəbul edirəm. Onunla görüşməyə, çox səmimi və açıq qaydada söhbətaparmağa hər zaman məmnunam”. Heç şübhəsiz, hər iki dövlətliderinin səyləri nəticəsində Azərbaycan-Çin əlaqələri gələcəkdədaha da möhkəmlənəcək”.
S. Mikayılova Birgə Bəyanata toxunaraq iki ölkə arasındaimzalanan sənədlərin çox mühüm sahələri əhatə etdiyinibildirib:
“Bu sənədlər iki ölkə arasında qarşılıqlı hörmət, bərabərlik vədəstək prinsipləri əsasında əlaqələrin inkişafını nəzərdə tutur.Bunlar hüquq, yaşıl inkişaf, rəqəmsal iqtisadiyyat, əqli mülkiyyətvə kosmik tədqiqatlar sahələrində əməkdaşlığı əhatə edir. Həmçinin,hər iki ölkənin adi pasport sahibləri üçün qarşılıqlı vizatələblərinin ləğvi barədə razılıq əldə olunub. Bu addım, xalqlararasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. Eynizamanda, tərəflər beynəlxalq ticarət müharibələrinin qlobaliqtisadi nizamı zədələdiyini vurğulayaraq, çoxtərəfli ticarətsisteminin dəstəklənməsi və Birləşmiş Millətlər Təşkilatınınmərkəzində olduğu beynəlxalq sistemin qorunması məqsədini ifadəediblər. Bundan başqa, Azərbaycan-Çin arasında nəqliyyatəlaqələrinin gücləndirilməsi məqsədilə Transxəzər BeynəlxalqNəqliyyat Dəhlizinin inkişafı və Çin-Avropa arasında təhlükəsiz vəsürətli yük daşımalarının təşviqi məsələləri müzakirə edilib.Energetika sahəsində Azərbaycanın Energetika Nazirliyi ilə ÇininMilli Enerji Administrasiyası arasında Anlaşma Memorandumuimzalanıb. Bu sənəd, bərpa olunan enerji mənbələri sahəsindətəcrübə mübadiləsi, yeni texnologiyaların tətbiqi və qarşılıqlıinvestisiya fəaliyyətlərinin təşviqini nəzərdə tutur”, - deyə oəlavə edib.
Deputat son olaraq qeyd edib ki, görüş əsnasında Orta Dəhlizinəhəmiyyəti və nəqliyyat daşımalarının artması məsələsinin qeydedilməsi, Azərbaycan ilə Çin arasında əməkdaşlığın mühümistiqamətlərindən birini təşkil edir.
“Bu, yalnız ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçündeyil, həm də regional və beynəlxalq ticarət və logistikasahələrindəki inkişaf üçün strateji bir əhəmiyyət daşıyır. Ortadəhliz həm Qara dəniz, həm də Xəzər dənizi üzərində yerləşənölkələr üçün böyük strateji üstünlüklər təqdim edir. Bu dəhlizÇindən başlayan və Avropa ölkələrinə qədər uzanan yeni bir ticarətyoludur. Orta dəhliz “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsiolaraq, Çin və digər Asiya ölkələrinin Avropa bazarlarına dahasürətli və daha təhlükəsiz yollarla çıxış etməsinə imkan verir.Azərbaycan bu kontekstdə əhəmiyyətli bir körpü rolunu oynayır,çünki Azərbaycanın mövqeyi həm Şərq ilə Qərb arasında, həm də Cənubilə Şimal arasında effektiv bir ticarət əlaqəsini təmin edir. Budəhlizin inkişafı təkcə Azərbaycanın deyil, Türkiyə, Qazaxıstan,Çin və digər ölkələrin iqtisadiyyatları üçün mühüm bir stratejiəhəmiyyət daşıyır. Çünki Orta Dəhliz həm beynəlxalq ticarət, həm dəregionlararası əlaqələrin genişlənməsi baxımından böyük potensialasahibdir. Çinin Orta Asiya və Avropa ilə əlaqələrinimöhkəmləndirmək məqsədilə Azərbaycanla əməkdaşlığını daha dagücləndirməsi, bir tərəfdən Çin iqtisadiyyatını beynəlxalqbazarlara çıxışını sürətləndirir, digər tərəfdən isə Azərbaycanınticari imkanlarını artıraraq daha böyük gəlirlər əldə etməsinəşərait yaradır. Bundan əlavə, bu əməkdaşlıq Azərbaycanın “Birkəmər, bir yol” təşəbbüsü çərçivəsində enerji resurslarının,ticarət mallarının, xammalın daha sərfəli və sürətli daşınmasınaşərait yaradır. Beləliklə, Orta dəhlizdəki nəqliyyat daşımalarınınartması, yalnız iqtisadi inkişafı dəstəkləmək üçün deyil, həm dəregional inteqrasiyanı və siyasi sabitliyi möhkəmləndirmək məqsədidaşıyır”, - S.Mikayılova fikrini tamamlayıb.