ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE )rəhbəri, milyarder İlon Mask Çinin yaxın gələcəkdə ciddi demoqrafik böhranla üzləşə biləcəyini düşünür.
O, bu barədə "X" sosial şəbəkə platformasında paylaşım edib.
“Demoqrafik çökmə Çinin uzunmüddətli perspektivdə ən böyük problemidir. Bu, Yer kürəsində demək olar ki, bütün ölkələrə aiddir”, – deyə Mask bildirib.
Qeyd edək ki, Mask daha əvvəl Avropada doğum səviyyəsinin aşağı olmasından narahatlığını ifadə etmişdi. Onun sözlərinə görə, demoqrafik böhran nəticəsində bütöv millətlər yox ola bilər.