Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25.04.2025-ci il tarixində saat 17:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən yenidoğulmuşun boğulması səbəbilə çağırış daxil olub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 24.03.2025-ci il tarixli yenidoğulmuş qızın həkiməqədər ölüm faktı qeydə alınıb.
Ailənin bildirdiyinə görə, yenidoğulmuş çimizdirilərkən boğulub.
Şəfiqə Nazimqızı
Abşeronda 1 aylıq körpə evdə ölüb.
"Report" xəbər verir ki, Saray qəsəbə sakini, 24.03.2025-ci il təvəllüdlü İnci Quliyeva yaşadığı evdə ölüb.
Körpənin ölüm səbəbləri araşdırılır.