Binədə ağır QƏZA: maşın elektrik dirəyinə ÇIRPILDI
Ajans.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hərəkətdə olan VAZ-2107 avtomobili idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb. Hadisə nəticəsində elektrik dirəyi aşıb, avtomobilə ciddi ziyan dəyib. Qeyd edək ki, hadisə ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.