AZ

Özü direktor, bacısı baş həkim... - Abşeronda maraqlı təyinat olub

Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Səkinə Sadıxovanın öz bacısı Sədaqət Əfəndini Masazır Ailə Sağlamlıq Mərkəzinə baş həkim təyin etməsinə dair iddialar yayılıb.

Onun haqqında zaman-zaman müxtəlif xarakterli xəbərlər mediada dərc olunub.

KONKRET.az yayılan bu iddia ilə bağlı dəqiqləşdirmə aparmaq üçün Abşeron RMX-nın İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Gülnar Seyidova ilə əlaqə saxlayıb.

Bölmə müdiri sorğumuza cavab veriləcəyini bildirsə də, bu saatadək heç bir cavab verməyib. Öncə tədbirdə olduqlarını, işə qayıtdıqdan sonra cavab verəcəklərini vurğulayıb, ardınca isə telefon zənglərimizi açmayıb. Whatsap mesajlarımız da cavablandırılmayıb.

Seçilən
0
6
mia.az

7Mənbələr