Bloger Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovun atası ilə bağlı iddiasına cavab verib.
Bizim.Media xəbər verir ki, Aysel Oqtayın iddialarını ələ salıb.
O, dostu ilə çəkdiyi yumor məqsədli videoya “Övladlıq olduğumun kadrlarını sizə təqdim edirəm. Basdım, çıxdım getdim”, - deyə, qeyd edib.
Xatırladaq ki, Oqtay canlı yayımda Ayselin atası Qüdrət Şükürovun qızına “Sən mənim qanımdan deyilsən” dediyini iddia edib.
Onu da qeyd edək ki, Aysellə Oqtay arasında mübahisə blogerin “Əkizlərin atası aliment verməmək üçün uşaqlarından imtina etdi” iddiasından sonra başlayıb.
Sara, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta