Qəza nəticəsində sərnişinlərdən biri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avtosfer.az xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Qırxbulaq kəndi ərazisindən keçən hissəsində Kamran Qasımovun idarə etdiyi VAZ-21012 və İlkin Orucovun idarə etdiyi VAZ-2107 markalı avtomobillər toqquşub.
Nəticədə VAZ-2107-də olan sərnişin, 1966-cı il təvəllüdlü Aydınbulaq kənd sakini Şabəddin Ağabalayev xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. (Bizim.Media)