Əgər vizanın müddətini aşsanız, Amerika Birləşmiş Ştatlarına daxil olmağınıza həmişəlik qadağa qoyula bilər.
Gundem.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi öz “Facebook” səhifəsində yazıb.
Səfirlik xəbərdarlıq edir ki, konsulluq əməkdaşları ABŞ-a giriş və çıxış qeydlərinə tam giriş imkanına malikdirlər və keçmiş pozuntuları görəcəklər. /Publika.az