AZ

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

Ötən həftə ABŞ və Çin arasında ticarət münasibətləriilə bağlı ziddiyyətli siqnallar fonunda beynəlxalq birjalardadolların qiyməti yüksəlir, qızılın qiyməti isə ucuzlaşır. ABŞprezidenti Donald Tramp əvvəlki gün bəyan edib ki, onunadministrasiyası Çinlə danışıqlar aparır.

Bundan başqa, Çin ABŞ istehsalı olan bəziyarımkeçiricilərin idxalına tətbiq edilən cavab rüsumlarınıtamamilə ləğv edib. Bu barədə “CNN” telekanalı təchizat zəncirlərisahəsində xidmət göstərən üç şirkətə istinadla məlumat yayıb. Dahanöncə isə Amerikanın ticarət naziri Hovard Latnik bəyan etmişdi ki,ABŞ müvəqqəti olaraq elektronika və yarımkeçirici avadanlıqlarınidxalını “güzgü rüsumlarından” azad edib.

Birjalarda qlobal ticarətdə gərginliyin azalacağıyöndə artan ümidlər fonunda Dollar İndeksi (DXY) 97.90 bəndhəddindən dəstək alaraq 99.90 bənd həddinə kimi yüksəldi. Nəticədə,EURUSD və GBPUSD cütlükləri müvafiq olaraq, 1.13600 və 1.32960hədlərinə qədər bahalaşıb. USDJPY USDCHF cütlükləri isə 143.540 və0.82870 səviyyələrinə kimi bahalaşıb.

Bu həftə investorların diqqət mərkəzində yer alacaqəsas xəbər Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də “NFP”hesabatıdır.

Cari həftə ərzində həmçinin, Almaniyada, Avrozonada vəAvstraliyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi, İstehlakQiymətləri İndeksi, ABŞ-da dərc olunacaq Şəxsi Xərclər İndeksigöstəriciləri, Almaniyadan, Avrozonadan, Amerikadan və KanadadanÜDM hesabatları birjaların yaxından izləyəcəkləri önəmlihadisələrdir. Eləcə də, Yaponiya Mərkəzi Bankının (BoJ) faizqərarı, Amerikanın “JOLTS” Boş İşyerləri və Vakansiyalar Hesabatı,“Conferance Board” İstehlakçıların İnam İndeksi kimi vacib xəbərlərdə bu həftənin iqtisadi xəbər təqvimində yer alırlar.

EUR

ABŞ və Çin arasında ticarət danışıqlarının başlanmasıhaqda xəbərlər fonunda dolların valyuta birjalarında möhkəmlənməsiEURUSD məzənnəsinin 1.15730 həddindən 1.13060 həddinə kimiucuzlaşmasına səbəb oldu.

Hazırda 1.13790 hədlərində ticarət olunan məzənnədəayılar qiyməti 1.13000 həddinin altına sala və orada saxlayabilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.

Qeyd etmək lazımdır ki, cari həftə Avriozonada vəAlmaniyada dərc olunacaq inflyasiya və ÜDM hesabatları avronunvalyuta birjalarında qiymətlərinə yön verə bilər.

GBP

Ötən həftənin sonu 1.34230 həddinə kimi bahalaşanGBPUSD valyuta cütlüyü, cari həftəni DXY-dakı yüksəliş fonundakəskin ucuzlaşmış və ötən həftəni 1.32330 səviyyəsində tamamladı.Hazırda 1.33130 səviiyəsində ticarət olunan məzənnədə 1.32330 həddiaşağıya doğru qırılsa, eniş tendensiyası daha da dərinləşəbilər.

XAUUSD

Qızıl 3500$-a kimi bahalaşaraq tarixi rekor həddiniyenilədikdən sonra, ötən həftə ərzində kəskin ucuzlaşdı və 3260$həddini test etdi. Hazırda 3298$-dan təklif olunan “sarı metal”ınqiyməti 3260$ həddini altına düşsə, eniş tendensiyası daha kəskinxarakter ala bilər. Mümkün eniş ssenarisində qarşıda duran əsaspsixoloji hədlər kimi 3200$ və 3060$ hədləri çıxış edir.

Seçilən
4
5
az.trend.az

6Mənbələr