“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 25 aprel - Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib.
Tədbirdə bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştirak edib. Onlara “ABB”nin bizneslər üçün yaratdığı yeni məhsul və xidmətlər haqqında geniş məlumat verilib. Bankın müxtəlif layihələri barədə maraqlı təqdimatlar olub. İş adamlarını maraqlandıran çoxsaylı suallar cavabandırılıb. Görüş işgüzar şam süfrəsi arxasında davam edib.
“ABB”nin korporativ biznes üzrə baş direktoru Nərgizxanım Biləndərli ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin “ABB” üçün ən mühüm prioritetlərdən olduğunu bildirib: “Bizneslərin universal maliyyə tərəfdaşıyıq. Müştərilərimiz arasında müxtəlif miqyaslı sahibkarlıq subyektləri var. Biz maliyyə resurslarının hər kəsə əlçatan, bank xidmətlərinin maksimum rahat olması üçün ardıcıl layihələr reallaşdırmaqdayıq. Yaxın gələcəkdə rəqəmsal xidmətlərimizi daha da təkmilləşdirəcək, iş adamlarının gözləntilərinə daha da uyğunlaşdıracağıq”.
Qeyd edək ki, 2016-cı ildən hər il 25 aprel günü Azərbaycanda Sahibkarlar Günü kimi qeyd olunur. Bu, ölkəmizin sosial-iqtisadi həyatında sahibkarların roluna verilən böyük dəyər kimi cəmiyyətimizdə iş adamlarına dəstək əhval-ruhiyyəsini yüksəldir, biznes mədəniyyətini gücləndirir.
“ABB”nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.