Yazını böyüt
Yazını kiçilt
Yaponiyada ölkənin ən yaşlı sakini kimi tanınan 115 yaşlı qadın Okagi Hayaşi həftəsonu ürək çatışmazlığından vəfat edib.
Hafta.az xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo news” agentliyi məlumat yayıb. Bildirilib ki, 1909-cu il sentyabrın 2-də anadan olmuş Hayaşi doğulduğu Qifu prefekturasının Toki şəhərindəki xəstəxanada vəfat edib. O, ötən ilin dekabrında 116 yaşına qədər yaşayan və dünyanın ən yaşlı insanı kimi tanınan Tomiko İtukanın ölümündən sonra Yaponiyanın ən yaşlı sakini olmuşdu.
Hazırda ölkənin ən yaşlı sakini Ayçi prefekturasının Kota şəhərində yaşayan 114 yaşlı Mayn Kondodur.