AZ

“Gürcü Arzusu” qurultaya hazırlaşır, yeni sədr seçiləcək

TBİLİSİ, 28 aprel. TELEQRAF

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının qurultayı tezliklə keçiriləcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin birinci sədr müavini Gia Volski bildirib.

O, qurultayın mayın 3-də baş tutacağını bildirsə də, tədbirin vaxtı ilə bağlı müzakirələrin hələ davam etdiyini bildirib.

G.Volski qurultayda partiyanın yeni sədrinin seçiləcəyini istisna etməyib. O, sədrliyə namizədlə bağlı partiyada yekdil qərarın olduğunu vurğulayıb.

Qeyd edək ki, “Gürcü Arzusu”na 2024-cü ilin fevralından sədrlik etmiş İrakli Qaribaşvili aprelin 25-də vəzifəsini tərk edib. O, siyasətdən də getdiyini bildirib.

Seçilən
4
teleqraf.com

1Mənbələr