AZ

Ziraat Bank Azərbaycan ekoloji təşəbbüsə dəstək verdi

Bakı. Trend:

“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dairAnlaşma Memorandumu”-una əsasən Azərbaycan Banklar Assosiasiyasınıntəşkilatçılığı ilə başladılmış aksiyası çərçivəsində 25 Apreltarixində Müşfiqabad qəsəbəsində genişmiqyaslı ağacəkmə aksiyasıtəşkil olunub. Tədbirin məqsədi ekoloji tarazlığın qorunmasına,yaşıllıq sahələrinin artıtılmasına və gələcək nəsillərə daha sağlambir mühitin ötürülməsinə dəstək vermək idi.

Aksiyada Ziraat Bank Azərbaycanın rəhbər heyəti və əməkdaşlarıda fəal iştirak ediblər. Bank nümayəndələri müəyyən olunmuş ərazidəəsasən eldar şamı və zeytun ağacları əkərək tədbirə öz töhfələriniveriblər. Əkilən ağaclar bölgənin ekosisteminin bərpasında və havakeyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü şərəfinəbaşladılan aksiya 10 il ərzində 1 milyon ağac əkilməsinihədəfləyir.

Ətraf mühitin qorunmasına daim töhfə verən Ziraat BankAzərbaycan, bu istiqamətdəki fəaliyyətlərini gələcəkdə də ardıcılşəkildə davam etdirəcəyini bildirib.

"Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik TürkiyəRespublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank,Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsulvə xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, Qubaşöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdimedir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı BankınInstagram, X-platforması, Linkedin, YouTube sosial mediahesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edəbilərsiniz.

Ziraat
Ziraat
Ziraat
Seçilən
6
9
az.trend.az

9Mənbələr