Rusiya Prezidenti Vladimir Putin Ukrayna hakimiyyətinin Kursk vilayətində təxribatlarına son qoyulduğunu bildirib.
Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin bəyanatı Kremlin rəsmi saytında dərc olunub.
O bildirib ki, aprelin 26-da Rusiya ordusu ölkə ərazisinə soxulmuş bir qrup Ukrayna hərbçisinin məğlubiyyətini başa çatdırıb.
“Bu, Rusiya Federasiyası ərazisinin bir hissəsini ələ keçirməyə cəhd edən Ukrayna hakimiyyətinin cinayətkar təxribatına son qoyur”, - deyə vurğulanıb.
Daşqın HəsənovMissiya.Az