Bakıda ölümlə nəticələnən qəza olub.

Leqal.info xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Orxan Qurbanov idarə etdiyi “AzSamand” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və idman zalına çırpılıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Leqal.info