“Qarabağ” dünən “Sabah”la heç-heçə (1:1) edərək 12-ci dəfə Azərbaycan çempionu olub.
İdmanxeber.az-ın məlumatına görə, görüşün ardından Qurban Qurbanov paltardəyişmə otağında futbolçularını təbrik edib. Bütün oyunçuların əlini sıxan mütəxəssisin Bəhlul Mustafazadə ilə görüşməməsi diqqətdən qaçmayıb.
Müdafiəçi də Qurbanovun bu addımına təəccüblənib.
Baş verənlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.