Alimlərin
eksperimentindən sonra məlum olub ki, onlar mənfi 200 dərəcədən müsbət 149 dərəcəyə
qədər temperaturda yaşamağı bacarır, bu barədə
Bu canlılar radiasiyaya, qaynar suya, okeanın dərinliklərindəki təzyiqdən 6 qat
artıq təzyiqə və hətta kosmosdakı hava boşluğuna olduqca davamlıdırlar. Onların
sevimli yaşayış məskənləri bataqlıq və yosunluqdur. Yer kürəsində bu canlının yüzlərlə növü var Onlar yüksək dağlıq ərazilərdən tutmuş, dərin dənizlərə qədər hər
yerdə məskunlaşa bilirlər. İllərlə dərin yuxuya gedib, sonra da eyni bioloji
yaşda yuxudan ayılırlar. anwes.az xarici KİV-lərə istinadən xəbər verir.
Ən maraqlısı budur ki, alimlər ərincəklilərin xüsusiyyətlərini insanlara köçürməklə insan ömrünü uzatmaq istəyirlər. Ərincəklilərin kosmosda oksigensiz nəfəs almaq və qocalmadan uzunmüddətli yuxuya getmək bacarıqları insanlarda olsaydı, sözsüz ki, kosmik uçuşlarda böyük uğurlar qazanmaq mümkün olardı.

Məhəmməd Hüseynov
www.anews.az