AZ

Bakı-Astara şosesində ağır qəza: bir ölü, iki yaralı

Bu gün Bakı-Astara şosesinin Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az -ın məlumatına görə, qəza nəticəsində bir nəfər hadisə yerində həyatını itirib, iki nəfər isə ağır xəsarət alıb.

Yaralılardan biri – 25 yaşlı Nərmin Zeyniyeva hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin kritik olduğu bildirilir. Qəza zamanı vəfat edən şəxsin isə Nərmin Zeyniyevanın həyat yoldaşı olduğu məlum olub.

Hadisənin təfərrüatları araşdırılır./Bakupost


Seçilən
2
2
news24.az

3Mənbələr