
1940-cı illərdən sonra hazırkı qlobal hərbi xərclərdə ən böyük illik artım qeydə alınıb.
Reyting.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatında deyilir.
Hesabata görə, 2024-cü ildə qlobal hərbi xərclər 2023-cü ildəki göstəricidən 9,4 faiz artaraq 2,718 trilyon dollara çatıb.
Qeyd olunur ki, sürətli hərbi xərc artımı xüsusilə Avropa və Yaxın Şərqdə müşahidə edilib.
Qlobal hərbi xərclərin 60 faizi beş ölkənin – ABŞ, Çin, Rusiya, Almaniya və Hindistanın payına düşür - 1,635 trilyon dollar.
Y. QACAR