AZ

Federasiya Kubokunda 2-ci finalçı – “Mançesrer Siti”!

Bu gün futbol üzrə İngiltərə Federasiya Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

Sonuncu finalçı “Nottingem Forest” – “Mançester Siti” matçında müəyyənləşib. Mançester təmsilçisi səfərdə 2 cavabsız qolla qalib gələrək həlledici oyunda iştirak hüququ qazanıb.

Daha öncə “Kristal Pelas” da “Aston Villa”nı 3 cavabsız qolla yenərək finala yüksəlmişdi.

Beləliklə, İngiltərə Federasiya Kubokunda 2024/2025-ci illər mövsümünün qalibi mayın 17-də keçiriləcək final görüşündə müəyyənləşəcək. Həmin həlledici oyunda “Mançester Siti” “Kristal Pelas”la üz-üzə gələcək.

İngiltərə Federasiya Kuboku
Yarımfinal

26 aprel

Kristal Pelas – Aston Villa 3:0
Qollar: Eze, 31. Sarr, 58; 90+4.

27 aprel

Nottingem Forest – Mançester Siti 0:2
Qollar: R.Lyuis, 2. Qvardiol, 51.

Seçilən
3
2
arena.az

7Mənbələr