Gəncədə iki minik maşını toqquşub, xəsarət alan var
Gəncə şəhərində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Chevrolet" və "Toyota" markalı minik maşınları toqquşub.
Qəza nəticəsində 1996-cı il təvəllüdlü A. Cəfərova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.