AZ

Premyer Liqa: “Liverpul” 20-ci çempionluğu rəsmiləşdirdi!

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, dördüncü oyun günündə iki qarşılaşma baş tutub.

“Bornmut” – “Mançester Yunayted” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Liverpul” isə evdə “Tottenhem”ə böyük hesabla qalib gəlib. Nəticədə xallarının sayını 82-yə çatdıran “qırmızılar” sona 4 tur qalmış əsas izləyicisi “Arsenal” (67 xal) üçün əlçatmaza çevrilib və çempionluğunu rəsmiləşdirib. Bu, “Liverpul”un tarixindəki 20-ci İngiltərə çempionluğudur.

Qeyd edək ki, Premyer Liqanın 34-cü turuna mayın 1-də keçiriləcək “Nottingem Forest” – “Brentford” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
34-cü tur

22 aprel

Mançester Siti – Aston Villa 2:1
Qollar: B.Silva, 7. M.Nunyes, 90+4 – Raşford, 18-pen.

23 aprel

Arsenal – Kristal Pelas 2:2
Qollar: Kivyor, 3. Trossard, 42 – Eze, 27. Mateta, 83.

26 aprel

Çelsi – Everton 1:0
Qol: N.Cekson, 27.

Brayton – Vest Hem 3:2
Qollar: Ayari, 13. Mitoma, 89. Baleba, 90+2 – M.Kudus, 48. Souçek, 83.

Nyukasl – İpsviç Taun 3:0
Qollar: A.İsak, 45+4-pen. Börn, 56. Osula, 80.

Sauthempton – Fulhem 1:2
Qollar: Stefens, 14 – S.Rou, 72. Sessenyon, 90+2.

Vulverhemtpon – Lester Siti 3:0
Qollar: Kunya, 33. Larsen, 56. R.Qomes, 85.

27 aprel

Bornmut – Mançester Yunayted 1:1
Qollar: Semenyo, 23 – Hoylund, 90+6.

Liverpul – Tottenhem 5:1
Qollar: L.Dias, 16. Makallister, 24. Qakpo, 34. Salah, 63. Udoqi, 69-öz qapısına – Solanke, 12.

1 may

22:30. Nottingem Forest – Brentford

Seçilən
5
2
arena.az

6Mənbələr