Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Estoniyaya səfər edib.
Publika.az xəbər verir ki, bu barədə News.am məlumat yayıb.
Nikol Paşinyan səfər çərçivəsində Estoniya Prezidenti Alar Karis ilə görüşəcək. Nikol Paşinyanın Estoniyanın baş naziri Kristin Mixal ilə təkbətək görüşü olacaq, daha sonra görüş geniş tərkibdə davam etdiriləcək.
Görüşün sonunda Nikol Paşinyan və Kristen Mixal media nümayəndələri üçün açıqlamalar verəcəklər.