AZ

Zelenski Vatikan görüşlərindəki uğurlarından yazdı

BAKI, 27 aprel. TELEQRAF

“Biz mövqelərimizi möhkəm saxlayırıq ki, düzgün diplomatiya üçün bütün imkanlar olsun”.

Teleqraf xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında belə yazıb.

O bildirib: “Ruslar Amerikanın təkliflərini qəbul etməyə hazır olduqları barədə çox danışırlar, lakin indiyə qədər Rusiya ordusunun əsl susqunluğa hazırlaşdığına dair heç bir sübut yoxdur. Əksinə, Pasxa bayramından sonra işğalçılar adi hücum fəaliyyətlərini bərpa etdilər - əlbəttə, ruslar xeyli itki bahasına irəliləməyə çalışırlar. Cəbhədəki bu cür döyüşlərin hər gün davam etməsi aydın şəkildə göstərir ki, Rusiya həqiqətən də dünyanı– Amerika və başqalarını– aldatmağavə bu müharibəni daha da uzatmağa çalışır”.

Ukrayna Prezidenti bunun qarşısını almaq üçün Rusiyaya təzyiqlərin zəruri olduğunu yazıb: “Təzyiqsiz mümkün deyil, təzyiq vacibdir ki, ruslar bütün addımları atsınlar, lazım olan hər şeyi etsinlər, müharibəni dayandırsınlar. Dünən Vatikanda və Romada keçirilən görüşlər təsdiq etdi ki, bizim tərəfdaşlarımız nə baş verdiyini başa düşürlər”.

Seçilən
10
teleqraf.com

1Mənbələr