Sankt-Peterburqda Rusiya Liberal Demokrat Partiyasının (LDPR) qurucusu Vladimir Jirinovskinin xarici pasportu hərracda 1,1 milyon rubla satılıb.
Publika.az xəbər verir ki, bu barədə Şimal Hərrac Evi məlumat yayıb.
Bildirilib ki, lotun başlanğıc qiyməti 100 min rubl olub.
Siyasətçi sənəddən 1992-1997-ci illərdə istifadə edib. Pasportda sərhəd xidməti möhürləri, Jirinovskinin şəxsi vizaları və avtoqrafı var. “İstifadə izlərinə” baxmayaraq, sənəd yaxşı vəziyyətdədir.