"Qarabağ" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.
Yenisabah.az xəbər verir ki, bu, XXXII turda baş tutan "Sabah"la səfər oyunundan sonra reallaşıb.
"Bank Respublika Arena" keçirilən matç heç-heçə başa çatıb - 1:1.
Xallarının sayını 77-yə çatdıran Ağdam təmsilçisi çempionluğu vaxtından əvvəl təmin edib. "Köhlən atlar" Premyer Liqada 12-ci dəfə çempionluq sevinci yaşayıb.
"Sabah" isə 40 xalla beşinci sırada yer alıblar.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Şamaxı" ilə, "Araz-Naxçıvan" isə səfərdə "Səbail"lə heç-heçə edib - 1:1. "Zirə" isə rəqib meydanında "Kəpəz"ə qalib gəlib - 1:0.
Telegram kanalımız