AZ

Spotify abunə qiymətlərini artırmağa hazırlaşır

Spotify gəlirliliyi artırmaq üçün qlobal miqyasda abunə haqlarını artırmaq qərarına gəlib. Financial Times (FT) qəzetinin məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, bu yaydan başlayaraq Avropa və Latın Amerikasında fərdi abunə qiymətləri üçün təxminən 1 avro artım planlaşdırılır. News24.az xəbər verir ki. ABŞ bazarı bu əhatəyə daxil edilməyəcək.

Şirkətin 2024-cü ilin iyul ayında ABŞ-da etdiyi artımla ölkədə fərdi abunə qiyməti 11,99 dollara çatıb. Spotify bu yeni qiymət artımı dalğası ilə bağlı rəsmi açıqlama verməsə də, Hollandiya və Lüksemburq kimi bəzi ölkələrdə qiymət artımlarının sakit şəkildə həyata keçirilməyə başladığı bildirilir.

Səma

Seçilən
7
news24.az

1Mənbələr